Haris Piplas: OECD ilə fəlakət risklərinə, böhranlara necə cavab verməyi araşdırırıq
İstixana qazı emissiyalarının təxminən 70%-i şəhərlərdə yaranır.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Praktikada Şəhər Transformasiyası: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri” adlı tədbirdə İsveçrənin “Drees & Sommer” şirkətinin “İnteqrasiya olunmuş şəhər həlləri” istiqaməti üzrə rəhbəri Haris Piplas deyib.
O qeyd edib ki, eyni zamanda biz sürətlə dəyişən cəmiyyətdə yaşayırıq: “Artıq sadəcə 7/24 işləyən cəmiyyət deyil, həyat və iş modellərinin fundamental şəkildə dəyişdiyi dövrdə yaşayırıq. Ekoloji, sosial, təhlükəsizlik problemləri artıq şəhərlərin gündəlik reallığıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər tərəfdaşlarla birlikdə fəlakət risklərinə, böhranlara necə cavab verməyi araşdırırıq. Bu sahədə əldə etdiyimiz təcrübələri yüksək səviyyəli müzakirələrə daşımağa çalışırıq. Çünki praktik urban fəaliyyətlə, yüksək səviyyəli siyasi müzakirələr bir-birindən ayrı olmamalıdır. Biz sadəcə deklarativ sessiyalar keçirməməliyik. Urban fəaliyyət və qərarvermə bir-birinə inteqrasiya olunmalıdır. Bu isə, əlbəttə ki, asan deyil”.
Oxşar xəbərlər
Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Nigeriyalı nazir: Bəşəriyyətin gələcəyi şəhərlərlə daha çox bağlıdır
WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
