Anaklaudia Rossbax: Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur
Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycan bir neçə gün öncə yağan yağışlar zamanı ekstremal vəziyyətlərdə necə işləmək lazım olduğunu dünyaya göstərdi:
"Yağıntılar normadan artıq düşmüşdü. Lakin bu tədbirə ev sahibliyi edən ölkənin necə mübarizə aparmasının şahidi olduq. Çünki daşqınlar, istilik dalğaları, torpaq sürüşmələri və müxtəlif digər hadisələr iqlim və mənzil məsələləri ilə bağlı müzakirələri ön plana çıxarır. Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur, elektrik enerjisi yoxdur. Bu müzakirələr "Yeni Şəhər Gündəliyi"nin aralıq icmalında öz əksini tapacaq. Qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələdə uğursuz olmuşuq. Biz bu problemin qarşısını ala bilməmişik və problem getdikcə daha da artır".
Oxşar xəbərlər
Su Konvensiyası: 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışı yoxdur
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
BMT rəsmisi: Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
WUF13-də torpaq məsələsi Afrikada mənzil böhranının aradan qaldırılmasının əsas amili adlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
