Meri Huxzermeyer: Qeyri-rəsmi yaşayış məntəqələri müasir şəhər inkişafının ayrılmaz hissəsidir
sizinxeber.az xəbər saytı

Meri Huxzermeyer: Qeyri-rəsmi yaşayış məntəqələri müasir şəhər inkişafının ayrılmaz hissəsidir


Qeyri-rəsmi yaşayış məntəqələri müasir şəhər inkişafının ayrılmaz hissəsidir.

"Report" xəbər verir ki, bunu Cənubi Afrikanın Vitvatersrand Universitetinin Memarlıq Məktəbinin professoru Meri Huxzermeyer WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyasındakı çıxışında deyib.

O qeyd edib ki, San-Paulu, Quançjou və Bakı kimi şəhərlərdəki qeyri-rəsmi yaşayış məntəqələri, o cümlədən tikinti sektorunda çalışan işçilərin qarşılanmamış mənzil tələbatını ödəyib:

"Bir çox şəhərlər əlçatan mənzil fondunu və əsas xidmətləri kifayət qədər genişləndirə bilmədiyi üçün bu ərazilər zamanla aşağı və orta təbəqənin də yaşayış məkanına çevrilib. Qeyri-rəsmi yaşayış məntəqələri son dərəcə mürəkkəb və müxtəlifdir. Bu ərazilər paralel idarəetmə, xidmət və kirayə bazarı sistemləri ilə formalaşır".

Professor qeyd edib ki, bəzi ölkələrdə bu yaşayış məntəqələrindəki kirayə bazarına kiçik ev sahibləri, həmçinin iri investorlar və hətta cinayətkar qruplar nəzarət edir:

"Bu isə yoxsul ailələrin istismarına səbəb olur. Biz bununla bağlı çıxış yolları tapmalıyıq".

Oxşar xəbərlər

WUF13-də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası müzakirə olunur
Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
WUF13-də Dünya Şəhərləri Hesabatı təqdim olunub
"Report" İnformasiya Agentliyi WUF13-un media tərəfdaşı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər