Xaçmazda ağır qəza nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB 2
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.
APA xəbər verir ki, "BMW" markalı avtomobilin çaya düşməsi nəticəsində Anar Məmmədov da hadisə yerinde ölüb.
Onun meyiti qəzaya uğrayan avtomobildən kənarda aşkarlanıb.
***
02:56
Xaçmazda qəza nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
APA-nın Şimal bürosu xəbər verir ki, "BMW" markalı avtomobilin yoldan çıxaraq Ağçaya düşməsi nəticəsində sürücü 33 yaşlı Vüsal Bayramov və sərnişini 41 yaşlı Samir Mənsumov hadisə yerində ölüblər.
***
01:26
Xaçmaz rayonunda avtomobil çaya düşüb.
APA-nın Şimal bürosu xəbər verir ki, "BMW" markalı minik avtomobili Ağçaya düşüb.
Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xaçmazda avtomobilin çaya düşməsi nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
Qusarda ağır qəza baş verib, ölən və xəsarət alanlar var
Xaçmazda avtomobil çaya düşüb, ölənlər var
Naxçıvanda gəlin maşını qəza edib, bəy xəsarət alıb
Zərdabda ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb - FOTO - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













