Lüksemburqda Azərbaycan Evi açılıb
sizinxeber.az xəbər saytı

Lüksemburqda Azərbaycan Evi açılıb


Lüksemburq Böyük Hersoqluğunda ölkədə yaşayan soydaşların ünsiyyət və birgə fəaliyyət məkanına çevriləcək Azərbaycan Evi açılıb.

"Report"un Avropa bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Belçika, Lüksemburq və Aİ-dəki səfiri Vaqif Sadıqov, diplomatik missiyanın əməkdaşları, Lüksemburqun rəsmi şəxsləri, eləcə də Benilüks ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan "LuxAz" assosiasiyasının sədri Seymur Əhmədov mərkəzin gələcək fəaliyyət planları barədə məlumat verib.

O, layihənin Lüksemburqdakı Azərbaycan icmasının birliyini təmin edən mühüm mədəni və sosial platformaya çevriləcəyinə əminliyini ifadə edib.

Səfir Vaqif Sadıqov təşəbbüsün əhəmiyyətini qeyd edərək, onun Lüksemburqda yaşayan azərbaycanlıların vətənlə mədəni əlaqələr saxlamasına və Azərbaycanın hersoqluqda layiqincə təmsil olunmasına kömək edəcəyini vurğulayıb.

Tədbirdə Lüksemburqun Azərbaycandakı səfiri Alen de Müyzer də çıxış edib.

Oxşar xəbərlər

Azərbaycan ilk dəfə Lüksemburqda keçirilən beynəlxalq festivalda təmsil olunub
Vaqif Sadıxov: Müstəqillik Günü Azərbaycan xalqı üçün vacib tarixdir
Lüksemburqun ətraf mühit naziri Azərbaycanda səfərdədir
Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidmətləri həyata keçiriləcək
Azərbaycan səfiri Belçika Senatının sədri ilə ikitərəfli əlaqələri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər