ETX: Dələduzlar ictimai yerlərdə vətəndaşların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2026
15:30
0
0
1 234
ff aaaaaaa

ETX: Dələduzlar ictimai yerlərdə vətəndaşların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar

25 may, 2026
15:30
1 234

ETX: Dələduzlar ictimai yerlərdə vətəndaşların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar

Son dövrlər dünyada kiberdələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

Beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:

Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;

Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;

Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;

Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;

Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı [email protected] və ya "1654" qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul