İrandakı partlayışda ölənlərin sayı 70 nəfərə çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İrandakı partlayışda ölənlərin sayı 70 nəfərə çatıb - YENİLƏNİB


İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə bildirib.

Onun sözlərinə görə, 138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir. Bundan başqa, 1072 yaralıya lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

Bildirilib ki, yanğınsöndürmə işləri yekunlaşıb.

Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb. İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.

12:52

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 138 nəfər xəstəxanadadır və onlara tibbi yardım göstərilir.

Oxşar xəbərlər

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB-8 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb - YENİLƏNİB-9 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda limanda partlayış zamanı yaralananların sayı 516-ya çatıb - YENİLƏNİB-6 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda limanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB-7 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda limanda baş verən partlayışda xəsarət alanların sayı 400 nəfəri keçib - YENİLƏNİB-5 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle