Quterreş: Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır
Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır.
Sizinxeber.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.
“Qadınlar, uşaqlar və kişilər olmaqla 800 milyon insan – ucqar kənd icmalarından tutmuş sıx məskunlaşmış şəhər gecəqondularınadək – hələ də ifrat yoxsulluq şəraitində yaşayır”, – müraciətdə qeyd olunub.
Quterreş bildirib ki, münaqişələr, iqlim dəyişiklikləri, dərinləşən bərabərsizlik və ağır borc yükü həmin insanların vəziyyətini daha da çətinləşdirir.
BMT baş katibi hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsil və səhiyyəyə, kənd ərazilərinin dayanıqlı inkişafına və universal sosial müdafiə sisteminə investisiya yatırmağa çağırıb.
Bundan əlavə, Quterreş qlobal maliyyə sistemində islahatların vacibliyini vurğulayıb. O qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin inkişaf layihələrinə sərmayə yatırmaq üçün maliyyəyə və fiskal imkanlara, eləcə də beynəlxalq arenada daha geniş dəstək və təmsilçiliyə ehtiyacı var.
Oxşar xəbərlər
BMT: Dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır
Fransada 9.8 milyon insan yoxsulluq içində yaşayır
FAO: Dünyada 137 milyon insan aclıq içində yaşayır
Ceyhun Bayramov: 500 milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdə yaşayır
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
ABŞ ordusu İrana zərbələr endirdi: Ölənlər var
