Koreyalı diplomat: Azərbaycan COP29 və WUF13 tədbirlərinə müvəffəqiyyətlə ev sahibliyi edib
sizinxeber.az xəbər saytı

Koreyalı diplomat: Azərbaycan COP29 və WUF13 tədbirlərinə müvəffəqiyyətlə ev sahibliyi edib


Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib, qlobal əhəmiyyətli COP29 və WUF13 tədbirlərinə yüksək müvəffəqiyyətlə ev sahibliyi edib.

Azərbaycanın Seuldakı səfirliyindən "Report"a verilən məlumata görə, bunu Koreya Respublikasının Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə sülh üzrə xüsusi nümayəndəsi Li Kyunq-çul diplomatik nümayəndəlikdə 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

Li Kyunq-çul Koreya hökuməti adından Azərbaycan xalqını və hökumətini müstəqilliyimizin 108-ci ildönümü münasibətilə təbrik edib.

Azərbaycanın beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini və qlobal əhəmiyyətli COP29 və WUF13 tədbirlərinə yüksək müvəffəqiyyətlə ev sahibliyi etdiyini deyən diplomat Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçiriləcək zirvə görüşünün də eyni uğuru təkrarlayacağına əminliyini bildirib.

Azərbaycan-Koreya münasibətlərinə toxunan Li Kyunq-çul Azərbaycanın beynəlxalq məsələlərdə hər zaman ölkəsinin istiqanlı və yardımsevər dostu olduğunu vurğulayıb. O, Azərbaycanın Yaxın Şərqdəki böhran zamanı Koreya Respublikasının vətəndaşlarının ölkələrinə təxliyə olunması üçün göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

İki ölkə arasında humanitar sahələrdəki əməkdaşlığı yüksək qiymətləndirən qonaq Koreyada ilk standart Azərbaycan dili dərsliklərinin dərc olunması, eləcə də "Kitabi-Dədə Qorqud" dastanının Koreya dilinə tərcümə olunmasının xalqlarımız arasındakı dostluq və anlaşmaya töhfə verdiyini diqqətə çatdırıb.

Oxşar xəbərlər

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Azərbaycana səfərə gəlib
Tacikistanın BMT-dəki daimi nümayəndəsi: Azərbaycanın COP29-a uğurlu ev sahibliyi edəcəyinə əminik
Azərbaycanın BMT-dəki nümayəndəsi: Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı
Afrika dövlətlərinin səfirləri BMT-nin Azərbaycanda keçiriləcək forumu barədə məlumatlandırılıblar
İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər