"SpaceX" Pentaqon üçün 2,29 milyard dollarlıq təhlükəsiz peyk şəbəkəsi quracaq
ABŞ Kosmik Qüvvələri "SpaceX" ilə 2,29 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqavilə Silahlı Qüvvələrin maraqları üçün qorunan, yüksək sürətli peyk rabitə sistemi hazırlanmasını nəzərdə tutur.
"Report"un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Müqavilə çərçivəsində "Space Data Network (SDN) Backbone" adlı magistral şəbəkənin qurulması planlaşdırılır. Bu, böyük həcmdə məlumatların minimal gecikmə ilə ötürülməsini təmin edəcək dayanıqlı infrastruktur olacaq. Sistem qlobal miqyasda hərbi sensorlar və silah kompleksləri arasında rabitə təşkil etmək üçün hazırlanır.
Müqavilə sabit qiymət əsasında qeyri-ənənəvi satınalma razılaşması çərçivəsində bağlanıb. Şərtlərə görə, "SpaceX" 2027-ci ilin sonunadək tam işlək prototipi təqdim etməlidir.
ABŞ Kosmik Qüvvələrinin nümayəndələri dəqiqləşdiriblər ki, SDN şəbəkəsi raket hücumu barədə erkən xəbərdarlıq sistemlərindən və hədəf izləmə vasitələrindən məlumatların, demək olar, real vaxt rejimində müdafiə komplekslərinə ötürülməsi üçün istifadə olunacaq.
Pentaqonun məlumatına görə, "SDN Backbone" aşağı orbitdə yerləşən peyk qruplaşmasından ibarət olacaq. Bu qruplaşma qlobal rabitə xidmətləri göstərən peyk şəbəkəsini genişləndirəcək və ABŞ Kosmik İnkişaf Agentliyinin hərbi rabitə şəbəkəsi olan "Transport Layer" ilə birlikdə fəaliyyət göstərəcək. Bu sistemlər birgə ABŞ Müdafiə Nazirliyinin cari və gələcək missiyaları üçün vahid məlumat ötürmə arxitekturası formalaşdırmalıdır.
Oxşar xəbərlər
“SpaceX” ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır
Pentaqon Ukraynaya görə “SpaceX” ilə müqavilələr imzalayıb
“SpaceX” İtaliya hökumətini təhlükəsiz rabitə ilə təmin edə bilər
KİV: NASA və Pentaqon “SpaceX” raketlərindən imtina etmək istəyir
"Google" və "SpaceX" orbital data mərkəzlərinin yaradılması üzrə müqavilə bağlamağı müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
ABŞ ordusu İrana zərbələr endirdi: Ölənlər var
