Elbay Qasımzadə: İqtisadi imkanları olmayan dövlət şəhərsalma sahəsində böyük uğurlar qazana bilməz
sizinxeber.az xəbər saytı

Elbay Qasımzadə: İqtisadi imkanları olmayan dövlət şəhərsalma sahəsində böyük uğurlar qazana bilməz


Zəngin ölkələrin sırasında yer alan bəzi ölkələr şəhərsalma və memarlıq ilə bağlı problemlərdə iştirak etmirlər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə "Qlobal boşluqları aradan qaldıraraq hər yerdə adekvat və dayanıqlı mənzilləri necə təmin edə bilərik?" mövzusunda keçirilən sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycan insanlar üçün normal həyat şəraitinin təmin edilməsi üçün çalışır:

"Düşünürəm ki, hazırda WUF13-də iştirak edən bütün tərəflər hamımızın problemini həll etmək üçün burada müzakirə aparır. İnsanların həyat şəraitini yaxşılaşdırmaq gözəl istəkdir. Biz memarlar da bunu yaxşı bilirik. Lakin bilməliyik ki, bu problemləri kimin qarşısında qoyuruq. Bu problemlər hökumətlərin, aidiyyəti qurumların qarşısında qaldırılmalıdır".

Elbay Qasımzadə bildirib ki, iqtisadi imkanları olmayan dövlətin şəhərsalma və memarlıq sahəsində böyük uğurlar qazanması mümkün deyil.

Oxşar xəbərlər

Read Qasımov: "WUF13 Azərbaycanın şəhər inkişafına innovativ yanaşmalara bağlılığını əks etdirir"
Keçmiş “Dostluq” kinoteatrı ilə bağlı müsabiqənin qaliblərinin elan olunacağı tarix açıqlanıb
Rasim Əliquliyev: WUF13-də qaldırılan problemlər aidiyyəti qurumlar üçün prioritet olmalıdır
TDMMB sədri: Şəhərlər təhlükəsiz həyat məkanları olmalıdır
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər