Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
Dünyada təxminən 800 milyon insan hələ də kəskin yoxsulluq şəraitində yaşayır.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə BMT Baş katibi Antonio Quterreş Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
"800 milyon insan – qadınlar, uşaqlar və kişilər ucqar kənd yaşayış məntəqələrindən tutmuş, sıx məskunlaşmış şəhər gecəqondularına qədər hələ də kəskin yoxsulluq şəraitində yaşayır", - müraciətdə vurğulanıb.
Sənədi BMT-nin Çindəki daimi koordinatoru Stiven Cekson səsləndirib.
Baş katib qeyd edib ki, bu insanların vəziyyətini silahlı münaqişələr, iqlim dəyişiklikləri, artan bərabərsizlik və ağır borc yükü daha da çətinləşdirir. O, hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsilin təmininə, səhiyyə sisteminin inkişafına, kənd yerlərinin dayanıqlı inkişafına və ümumi sosial müdafiə sisteminin formalaşdırılmasına vəsait ayırmağa çağırıb.
Bundan əlavə, Quterreş ədalətsiz qlobal maliyyə arxitekturasının dəyişdirilməsinin vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, inkişaf etməkdə olan dövlətlərin öz inkişaflarına sərmayə qoymaq üçün maliyyə resurslarına və fiskal imkanlara, həmçinin beynəlxalq səviyyədə layiqli dəstəyə və ədalətli təmsilçiliyə ehtiyacı var.
Oxşar xəbərlər
Quterreş: Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır
BMT: Dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır
FAO: 2023-cü ildə dünyada 2,33 milyard insan qida çatışmazlığından əziyyət çəkib
Fransada 9.8 milyon insan yoxsulluq içində yaşayır
Antonio Quterreş: İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
