Dövlət Komitəsi: Şəhərlərdə yeni yaşıl dəhlizlər yaradılması nəzərdə tutulur
Azərbaycan şəhərlərində yeni yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
"Biz deyirik ki, şəhərləri hamı üçün qururuq. Əgər məqsəd həqiqətən hamı üçün şəhər yaratmaqdırsa, o zaman gələcəyin baş planlarını yalnız bir peşə qrupu, yaxud bir qurum hazırlaya bilməz. Şəhərsalma olduqca mürəkkəb sistemdir, gələcəyin planlaşdırılması prosesində urbanistlər, memarlar, psixoloqlar, nəqliyyat mütəxəssisləri, ictimai səhiyyə ekspertləri və digər sahələrdən olan tədqiqatçılar birlikdə çalışmalıdırlar. Çünki şəhərsalmanın mühüm hissələrindən biri zonalaşdırma planıdır və bu, təkcə kağız üzərində hazırlanan sxemlərlə məhdudlaşmamalıdır. Biz hər bir şəhər üçün ideal zonalaşdırma planı hazırlaya bilərik, lakin həmin plan insan davranışı və gündəlik istifadə vərdişləri nəzərə alınmadan effektiv olmayacaq. Məsələn, şəhərdə rahat və təhlükəsiz piyada yolları yoxdursa, insanlar həmin məkanlardan istifadə etməyəcəklər. Yaşıl dəhlizlər yoxdursa, daha yaşıl və yaşana bilən şəhərlər yaratmaq mümkün olmayacaq", - deyə o qeyd edib.
Mütəxəssis Azərbaycandan nümunə gətirib: "Hazırda ölkənin ikinci ən böyük şəhəri əhali sayına görə Sumqayıt olsa da, 20 illik baş plana əsasən Gəncənin ikinci böyük şəhərə çevrilməsi nəzərdə tutulur. Gəncədə 200 hektarlıq böyük park mövcuddur. Lakin park şəhər mərkəzindən uzaqda yerləşdiyi və ora aparan yaşıl dəhlizlər olmadığı üçün sakinlər ondan aktiv istifadə etmirlər. İnsanlar adətən evinə yaxın, rahat çıxışı olan ictimai məkanlara üstünlük verirlər. Məhz buna görə yeni baş planda xüsusi yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. İnsan psixologiyası göstərir ki, əgər şəhərdə piyada üçün əlverişli küçələr və yaşıl keçidlər formalaşdırılarsa, sakinlər park və ictimai məkanlardan daha çox istifadə edəcəklər. Bu yanaşma vasitəsilə şəhər planlarına psixoloji və sosial elementlər daxil etmək mümkündür. Nəticədə isə daha dayanıqlı, çevik və insan yönümlü şəhərlər formalaşır. Bu səbəbdən düşünürəm ki, gələcəyin şəhərsalma planlarında psixologiya, sosiologiya, ictimai səhiyyə və nəqliyyat sahələrinin ekspertləri planlaşdırma prosesinə daha fəal şəkildə cəlb edilməlidirlər".
Oxşar xəbərlər
Şahnaz Bədəlova: "Şəhərsalma sosial-ekoloji ehtiyaclara cavab verməlidir"
Ekspert: "Gələcəyin şəhərləri psixoloji prinsiplərlə layihələndirilməlidir"
Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
Ekspert: "Hazırda şəhərlər insanların sinir sistemini yükləyir"
Read Qasımov: "WUF13 Azərbaycanın şəhər inkişafına innovativ yanaşmalara bağlılığını əks etdirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
