“British Airways” azı bir il müddətinə Pekinə uçuşları dayandıracaq
sizinxeber.az xəbər saytı

“British Airways” azı bir il müddətinə Pekinə uçuşları dayandıracaq


“British Airways” aviaşirkəti azı bir il müddətinə Çinin paytaxtı Pekinə uçuşları dayandıracaq.

“Sizinxeber.az” “Financial Times”a istinadən xəbər verir ki, şirkətin bu qərarı Rusiyanın hava məkanını qapamasının uçuşla bağlı əməliyyatları çətinləşdirməsi, xərcləri artırması ilə bağlıdır.

Bundan əlavə, “British Airways” bu istiqamətdə uçuşlara tələbatın zəiflədiyini qeyd edir.

Hitrou hava limanından Pekinə uçuşlar oktyabrın 26-dan 2025-ci ilin noyabrına qədər dayandırılacaq. Bununla belə, “British Airways” Şanxay və Honkonqa uçuşları davam etdirəcək.

Bundan əvvəl Britaniyanın digər aviaşirkəti – “Virgin Atlantic Airways Ltd.” oktyabrın 25-dən etibarən Londondan Şanxaya uçuşların dayandırıldığını elan edib.

Oxşar xəbərlər

“Air France” Beyruta uçuşları avqustun 8-nə qədər ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər