Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə ediblər
İyunun 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
"Report" xəbər verir ki, görüşdə TÜRKPA-nın fəaliyyəti, türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın inkişafı və təşkilatın gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Ramil Həsən TÜRKPA-nın qurucu dövlətlərindən biri olan Türkiyənin təşkilatın fəaliyyətində xüsusi rol oynadığını vurğulayıb. O, 2008-ci il noyabrın 21-də İstanbulun Dolmabahçe sarayında təşkilatın yaradılması ilə bağlı sazişin imzalandığını xatırladaraq, TÜRKPA-nın ötən dövr ərzində uğurla fəaliyyət göstərdiyini bildirib.
Baş katib qeyd edib ki, təşkilat qardaş ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, model qanunların hazırlanması, türk dövlətləri rəhbərlərinin qəbul etdiyi qərarların parlamentlər tərəfindən operativ ratifikasiyası kimi mühüm siyasi və strateji əhəmiyyət daşıyan proseslərdə vacib rol oynayır. O, bu istiqamətdə həyata keçirilə biləcək təşəbbüslərlə bağlı təklifləri TBMM sədrinə təqdim edib.
Numan Kurtulmuş isə TÜRKPA baş katibliyinin fəaliyyətini yüksək qiymətləndirərək, son 10 ay ərzində görülən işləri müsbət dəyərləndirdiyini bildirib. O, qarşıdakı dövrdə atılacaq addımların türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə və ortaq parlament platformasının formalaşmasına töhfə verəcəyinə inandığını vurğulayıb.
TBMM sədri Türkiyə Parlamentinin bundan sonra da TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcəyini qeyd edib.
Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.
Oxşar xəbərlər
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib
Ramil Həsən TÜRKPA-nın yeni Baş katibi seçilib
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Azərbaycanlı deputat TÜRKPA-nın Baş katibi seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
