CAR-dan 150 zəhərli əqrəbi çıxarmağa cəhd edən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

CAR-dan 150 zəhərli əqrəbi çıxarmağa cəhd edən şəxs saxlanılıb


Polis əməkdaşları Keyptaun beynəlxalq hava limanında Cənubi Afrika Respublikasından (CAR) 150 zəhərli əqrəb çıxarmağa cəhd edən kişini saxlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.

Əqrəblər baqaja verilmiş plastik torbalarda paltar arasında olub. Polisin mal-qara oğurluğuna qarşı mübarizə və nəsli kəsilməkdə olan növlərin qorunması üzrə xüsusi bölməsinin əməkdaşları hazırlanmaqda olan ixrac cəhdi barədə əvvəlcədən məlumat alıblar.

28 yaşlı kişi təbiəti və ətraf mühitin mühafizəsi qanununa əsasən həbs edilib. O, bazar ertəsi günü vəhşi heyvanlara qanunsuz sahiblik və qaçaqmalçılıq ittihamı ilə məhkəmə qarşısına çıxarılmalıdır. Polis onun hansı ölkəyə uçmağı planlaşdırdığını dəqiqləşdirməyib və ələ keçirilən əqrəblərin növünü də açıqlamayıb.

Oxşar xəbərlər

Moldovada MSK-nın binasını yandırmağa cəhd edən 5 nəfər saxlanılıb
İnterpol genişmiqyaslı əməliyyat keçirib, 20 minə yaxın heyvan müsadirə edilib
Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
Cənubi Afrika Futbol Assosiasiyasının rəhbəri korrupsiyaya görə saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər