Kəbənin örtüyü dəyişdirilib
sizinxeber.az xəbər saytı

Kəbənin örtüyü dəyişdirilib


Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbənin örtüyü (Kisve-i Şərif) dəyişdirilib.

"Report" xəbər verir ki, Kəbə örtüyünün hazırlanması üçün təxminən 825 kiloqram saf ipək, 120 kiloqram gümüş və qızıldan istifadə olunur.

Örtüyün üzərində qızıl və gümüşdən işlənmiş ayə və dualar yer alır.

Köhnəsi götürülərkən eyni anda yenisi çəkilən örtüyün dəyişdirilmə prosesi bir neçə saat davam edir.

Əvvəlki örtük isə zəmzəm suyu ilə yuyulduqdan sonra nümayiş etdirilmək üçün müsəlman ölkələrinə, muzeylərə və hədiyyə olaraq bəzi dövlət rəhbərlərinə göndərilir.

Oxşar xəbərlər

Məkkə və Mədinəni su basıb
Antarktidada bitki örtüyü artıb
Suriya zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə sazişlər imzalayıb
ABŞ Çernobıldakı AES-nin örtüyünün təmirinə 100 milyon dollar ayıracaq
Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər