“Air France” Beyruta uçuşları avqustun 8-nə qədər ləğv edib
“Air France” aviaşirkəti və onun törəmə strukturu olan “Transavia France” Yaxın Şərqdə gərginliklə əlaqədar Paris və Beyrut arasında uçuşları ən azı avqustun 8-nə qədər ləğv edib.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilir.
Qeyd olunub ki, Livan paytaxtına uçuşların bərpası bölgədəki vəziyyətin qiymətləndirilməsindən asılı olacaq.
İtaliyanın “ITA Airways” şirkəti isə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar, habelə sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək məqsədilə Təl-Əvivə və əks istiqamətdə uçuşları avqustun 8-nə qədər ləğv edib.
Xatırladaq ki, ötən həftə HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah” lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İran və “Hizbullah” onların qisasını almağa söz verib. Bundan sonra aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb.
Oxşar xəbərlər
Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Aegean Airlines” İsrailə və əks istiqamətdə bütün uçuşları ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Lufthansa” İran və İraq üzərindən uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tehrandan uçuşlar təxirə salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Air India” Dəkkəyə uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












