Azərbaycan millisinin baş məşqçisi: "Belarusa məğlubiyyət üzücü oldu"
Belarusa məğlubiyyət üzücü oldu.
"Report"un Belarusa ezam olunan əməkdaşı xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Belarus millisi ilə Baranoviçi şəhərində keçirilən yoxlama oyunu barədə danışıb:
"İlk 35 dəqiqədə hər şey alınırdı. Raul Məmmədovun zədələnməsi dən sonra durum rəqibin xeyrinə dəyişdi. Səhvlərimiz çox oldu və bunlardan nəticə çıxaracağıq. Növbəti yoxlama oyununu evdə keçirəcəyik. Yaxşı nəticəyə ümid edirik. Rəqib komanda bizdən daha hazırlıqlı idi. Oyunçularımdan heç kimi fərqləndirmək istəmirəm. Ağır mövsümün yorğunluğu da təsir göstərdi. İlk 35 dəqiqə bizə ümid verdi. Bunu davam etdirməyə çalışacağıq. Ruhdan düşmürük".
Qeyd edək ki, qarşılaşma Belarus seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığma iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Oxşar xəbərlər
Belarus millisinin baş məşqçisi: "Azərbaycan yığması texnikalı futbolçulardan ibarət komandadır"
Azərbaycan millisinin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini düşünür
Ayxan Abbasov: "Ardıcıl yoxlama oyunları keçirmək milli komanda üçün xeyirli olacaq"
Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək
Ağadadaş Salyanski: "Yoxlama oyunlarında qalib gəlmək istəyirik ki, yaxşı motivasiya olsun"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
