Ağadadaş Salyanski: "Yoxlama oyunlarında qalib gəlmək istəyirik ki, yaxşı motivasiya olsun"
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin məqsədi Belarusdan yüksək əhval-ruhiyyədə qayıtmaqdır.
Bunu "Sizinxeber.az"un Minskə ezam olunan əməkdaşına U-21-in üzvü Ağadadaş Salyanski deyib.
"Neftçi"nin futbolçusu qarşıdakı oyunlarda qələbəyə kökləndiklərini bildirib:
"Belarus səfərindən yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik. Monteneqro ilə Sumqayıtda keçiriləcək növbəti yoldaşlıq görüşündə də məqsəd qələbə qazanmaq olacaq. Avropa çempionatının secmə mərhələsində çətin qrupa düşmüşük. Buna baxmayaraq, yaxşı mübarizə aparacağıq. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq.
Yoxlama oyunlarında qalib gəlmək istəyirik ki, yaxşı motivasiyamız olsun. Baş məşqçimiz Ayxan Abbasov da bizə güvənir, qələbələr qazanmağımızı istəyir. Biz də bunun üçün çalışırıq".
Qeyd edək ki, U-21 millimiz iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini düşünür
Ayxan Abbasov: "Ardıcıl yoxlama oyunları keçirmək milli komanda üçün xeyirli olacaq"
Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin futbolçusu: "Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram"
Azərbaycan yığmasının baş məşqçisi: "Avropa çempionatının II seçmə mərhələsində yaxşı çıxış etməyə çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
