Zelenski: Belarusda Rusiya dronları üçün istifadə edilən retranslyatorlar Lukaşenkoya ünvanlanan ultimatumdan sonra fəaliyyətini dayandırıb
sizinxeber.az xəbər saytı

Zelenski: Belarusda Rusiya dronları üçün istifadə edilən retranslyatorlar Lukaşenkoya ünvanlanan ultimatumdan sonra fəaliyyətini dayandırıb


22 iyun tarixindən etibarən Belarusda ruslara Ukraynadakı hədəflərə "Şahed" raketlərini yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti dayandırılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Onların sökülüb-sökülmədiyini, düzünü desəm, hələ bilmirəm. Amma biz bunun üzərində işləyirik və vəziyyəti çox yaxından izləyir, gündəlik hesabatlar alıram. Fakt budur ki, retranslyatorlar hazırda işləmir", - Zelenski bildirib.

Qeyd edək ki, 19 iyun tarixində Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyətinin dayandırılması üçün bir həftə vaxt verib.

Oxşar xəbərlər

Zelenski: Belarusda Rusiya dronları üçün istifadə edilən retranslyatorlar, Lukaşenkoya ünvanlanan ultimatumdan sonra fəaliyyətini dayandırıb
Zelenski Belarusdakı retranslyatorların fəaliyyətinin dayandığını açıqlayıb
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Lavrov Zelenskinin təhdidlərinə cavab verib: Rusiya Belarusu müdafiə etmək üçün hər şeyə hazırdır
Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər