Azərbaycan millisinin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini düşünür » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
22:30

Azərbaycan millisinin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini düşünür

03 in, 2025
22:30
735

Azərbaycan millisinin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini düşünür

Son iki yoxlama matçında məğlub olmamışıq. İnanırıq ki, bu seriyanı davam etdirə biləcəyik.

Bunu "Report"un Minskə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Ayxan Süleymanlı deyib.

Müdafiəçi sabah Belarusa qarşı keçirəcəkləri yoxlama oyunu barədə danışıb:

"Çətin görüş bizi gözləyir. Lakin yaxşı hazırlaşmışıq. Baş məşqçimiz Ayxan Abbasovun rəhbərliyi ilə rəqibin zəif nöqtələrinə təhlil etmişik. Rəsmi görüşlər öncəsi yaxşı sınaq olacaq. Son iki matçda məğlub olmamışıq. İnanırıq ki, bu seriyanın davamı gələcək. Yoxlama görüşü də olsa, nəticəni önəmli sayırıq. Bu, qarşıdakı oyunlar üçün bizə yaxşı motivasiya ola bilər".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. Milli daha sonra hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Bizimlə əlaqə saxlayın