Danimarka Ukraynaya 15 min uzaqmənzilli artilleriya sursatı verəcək
Danimarka cəbhənin aktual ehtiyaclarına uyğun olaraq hərbi yardım formatına yenidən baxıldıqdan sonra Ukraynaya əlavə 15 min uzaqmənzilli artilleriya sursatı verəcək.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov teleqram kanalında bildirib.
O bildirib ki, Ukrayna tərəfi Danimarkaya əvvəlcədən planlaşdırılmış yardımın bir hissəsini yenidən nəzərdən keçirməyi və onu qısamənzilli artilleriyanı uzaqmənzilli sistemlərə dəyişməyi təklif edib. M.Fyodorovun sözlərinə görə, Danimarka bu sorğuya operativ reaksiya verib və qeyd olunan sursatların bir hissəsi artıq Ukraynaya daxil olub.
"Komandamız Ukraynaya beynəlxalq yardımın səmərəliliyinin artırılması üzərində işləməyə davam edir. Tərəfdaşlarımızla birgə resursları döyüş meydanında ən böyük nəticə verən həllərə yönəldirik. Bizim üçün üç dəyişməz prioritet var: hava hücumundan müdafiə, uzaqmənzilli artilleriya və Ukrayna dronları", - o yazıb.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları ilə hücumların davamlı şəkildə genişləndiyi şəraitdə bu cür zərbə vasitələri düşmənin logistikasını, komanda məntəqələrini və digər mühüm hədəflərini daha effektiv məhv etməyə, eyni zamanda ukraynalı hərbçilər üçün riskləri azaltmağa imkan verir.
Oxşar xəbərlər
Danimarka Ukrayna ordusu üçün 18 ədəd “Boqdan” artilleriya qurğusuna sərmayə ayırıb
Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Danimarka Ukraynaya altı F-16 qırıcısı göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
