Ayxan Abbasov: "Ardıcıl yoxlama oyunları keçirmək milli komanda üçün xeyirli olacaq"
Ardıcıl yoxlama oyunları keçirmək komanda üçün xeyirli olacaq
Bunu "Sizinxeber.az"un Minsk şəhərinə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis sabah Belarusa qarşı keçirəcəkləri yoxlama oyunu barədə danışıb:
"Bu, rəsmi qarşılaşmalardan öncəsi bizim sonuncu təlim-məşq toplanışımızdır. İstəyirik ki, hazırlıq çərçivəsində maksimum güc toplayaq. Çünki sentyabrda bizi Portuqaliya və Bolqarıstan seçmələrinə qarşı çətin matçlar gözləyir. Buna görə səfərə yollandıq və istədik ki, futbolçularımız səfər yorğunluğunu hiss etsinlər. Ardıcıl yoxlama matçları keçirmək komanda üçün xeyirli olacaq. Belarus yaxşı komandadır. Bizi sabah bu komandaya qarşı ağır qarşılaşma gözləyir. Yoxlama görüşü də olsa, qələbə qazanmaq istəyirik. Əsas məqsədimiz futbolçuların əzmkar və istəkli çıxış etmələridir".
A.Abbasov belə görüşlərün gənc futbolçular üçün böyük təcrübə olduğunu söyləyib:
"Futbolçular çətin mövsümü arxada qoydular. Bəlkə də gəncdirlər, yorğunluğu o qədər hiss etmirlər. Amma milli komandada hər şeyi kənara qoyub, yığmanın uğurları üçün çalışmalıyıq. Qarşıda istirahət üçün vaxt olacaq. Onsuzda ki, bəzi futbolçular öz klublarında yetərincə forma geyinmək şansı qazanmayıblar. Düşünürəm ki, həmin futbolçular və digərləri bu cür yoxlama oyunlarında çıxış etmək üçün can atırlar. Milli komandaya dəvət alamq hər kəsə nəsib olmur".
Qeyd edək ki, Azərbaycan millisi iyunun 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. Milli daha sonra hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.


width="220" alt="Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />