Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 26-dan iyunun 9-dək keçirəcəyi təlim-məşq toplanışında 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

"Report" xəbər verir ki, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Milli əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcək.

Komanda iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Azərbaycanın U-19 millisi Belarusla yoxlama oyununda qarşılaşıb
Azərbaycan millisi yoxlama oyunu keçirib
Azərbaycanın U-19 millisi Belarusla ikinci yoxlama oyununu keçirib
Azərbaycan millisi təlim-məşq toplanışında yoxlama oyunları keçirəcək
Azərbaycanın U-17 millisi yoxlama oyunu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər