Belarus millisinin baş məşqçisi: "Azərbaycan yığması texnikalı futbolçulardan ibarət komandadır"
Azərbaycan yığması texnikalı futbolçulardan ibarət komandadır.
"Report"un Belarusa ezam olunan əməkdaşı xəbər verir ki, bunu mətbuat konfransında adı çəkilən ölkənin U-21 millisinin baş məşqçisi Vitali Pavlov deyib.
Mütəxəssis Azərbaycan millisi ilə Baranoviçi şəhərində keçirilən yoxlama oyunu barədə danışıb:
"Qələbə qazandığımız üçün sevinirik. Rəqib keyfiyyətli, texnikalı futbolçulardan ibarət komandadır. İlk hissədə də bunu göstərdi. Fasilədə oyunçularıma göstərişlərimi verdim və onlar da səhvlərdən nəticə çıxardılar. Bu yoxlama matçı idi və nəticə həmişə ikinci planda olur. Amma istənilən halda qalib gəlmək yaxşıdır".
Qeyd edək ki, qarşılaşma Belarus seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığma iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Belarusa məğlubiyyət üzücü oldu"
Azərbaycanın U-16 millisi Belarus yığması ilə ikinci yoxlama oyununu keçirib
Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini düşünür
Ağadadaş Salyanski: "Yoxlama oyunlarında qalib gəlmək istəyirik ki, yaxşı motivasiya olsun"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
