Niderlandın keçmiş müdafiə naziri Aİ-nin Xarici Əlaqələr Xidmətinə rəhbərlik edəcək
sizinxeber.az xəbər saytı

Niderlandın keçmiş müdafiə naziri Aİ-nin Xarici Əlaqələr Xidmətinə rəhbərlik edəcək


Niderlandın keçmiş müdafiə naziri Kaysa Ollonqren Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin (EEAS) yeni baş katibi olacaq.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Ollonqren dövlət vəzifələrində, diplomatiya və idarəetmə sahələrində 30 illik iş təcrübəsinə malikdir. O cümlədən, Niderlandın müdafiə naziri, daxili işlər naziri və Niderlandın Ümumi İşlər Nazirliyinin baş katibi vəzifələrində çalışıb.

"Onun liderlik keyfiyyətləri qarşımızda duran çağırışların həllində böyük rol oynayacaq. Mən birgə işləməyi səbirsizliklə gözləyirəm", - Kallas vurğulayıb.

K.Ollonqren bu il sentyabrın 1-də rəsmən EEAS-ın baş katibi vəzifəsinin icrasına başlayacaq.

Kallas həmçinin Fransanın NATO-dakı sabiq daimi nümayəndəsi Devid Kvaçanı EEAS-ın müdafiə və təhlükəsizlik məsələləri üzrə baş nümayəndəsi təyin edib.

Oxşar xəbərlər

Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək
Kallas Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışıb
Kaya Kallas Səudiyyə Ərəbistanına səfər edəcək
Kaya Kallas: Aİ və Avstraliya birgə hərbi təlimlər keçirməyi planlaşdırır
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər