"Axios": Vaşinqtonda İsrail - Livan danışıqları nəticəsiz başa çatıb
sizinxeber.az xəbər saytı

"Axios": Vaşinqtonda İsrail - Livan danışıqları nəticəsiz başa çatıb


Dünən Vaşinqtonda İsrail və Livan arasında aparılan danışıqların ilk günü nəticəsiz başa çatıb, hətta müəyyən mənada geriləmə müşahidə olunub.

"Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid iki məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində yazıb.

Onların məlumatına görə, gün ərzində danışıqlar gərginləşib, lakin İsrail rəsmiləri atmosferin "xoş" olduğunu iddia edirlər. Ravid qeyd edib ki, tərəflər İsrail qoşunlarının Livan ərazisindən mümkün çıxarılmasının miqyası və vaxtı ilə bağlı ciddi fikir ayrılıqlarını qoruyub saxlayırlar.

"Danışıqlardan xəbərdar olan mənbələrlə söhbətlərdən məndə belə təəssürat yaranır ki, danışıqların ilk günü o qədər səmərəsiz olub ki, amerikalı vasitəçilər tərəflərin mövqelərini yumşaltmaq ümidi ilə bu gün hər şeyə yenidən başlamaq qərarına gəliblər", - o qeyd edib.

Oxşar xəbərlər

Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatıb - YENİLƏNİB
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
KİV: İsrail və Livan növbəti həftə Vaşinqtonda danışıqlar aparacaq
KİV: İsrail ilə HƏMAS arasındakı danışıqların ilk raundu nəticəsiz başa çatıb
Livan və İsrail arasında danışıqların beşinci raundu başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər