DÇ-26: Norveç Seneqalı məğlub etdi
sizinxeber.az xəbər saytı

DÇ-26: Norveç Seneqalı məğlub etdi


2026-cı il dünya çempionatında I qrupunun II turunun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Norveç millisi Seneqalla qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 04:00-da başlayıb.

Oyunda hesabı 43-cü dəqiqədə Norveç millisi açıb. Pedersen şimallıları önə keçirib. 48-ci dəqiqədə Haaland hesabı 2:0 edib.

Bu qoldan 5 dəqiqə sonra Seneqal İsmailla Sarrla fərqi azaldıb.

58-ci dəqiqədə Norveç yenidən fərqi 2 topa çatdırıb. Haaland dublunu rəsmiləşdirib.

Haalanda yenə Sarr cavab verib. Seneqallı futbolçu 90+3-cü dəqiqədə hesabı 3:2 edən qolu vurub.

Afrikalıların bundan artığına gücü çatmayıb və görüş Norveçin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Dünya çempionatı
I qrupu, II tur
23 iyun

04:00. Norveç – Seneqal 3:2

Qol: M. Pedersen, 43, E. Haaland, 48, 58, İ. Sarr, 53, 90+3

Norveç: Nyland, Ryerson, Ayer, Heqqem, Vulfe, Odeqard, Berge, Aursnes, Nusa, Sörlot, Haaland

Seneqal: Mendi, Diatta, Kulibali, Nyakate, Diuf, İdrissa Qeye, Pap Qeye, Kamara, İsmaila Sarr, Mane, Cekson

Oxşar xəbərlər

Norveç millisi İtaliyanı darmadağın edib
DÇ-26: Fransa 3 xalı 3 qolla qazandı
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
DÇ-2026: Qazaxıstan məğlub olub, Norveç rəqibini darmadağın edib
DÇ-26: Niderland İsveçi darmadağın etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər