Kərbəla və Nəcəfdə Xamenei ilə vida mərasimi keçiriləcək
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə İraqda vida mərasimi keçiriləcək.
Sizinxeber.az-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Xameneinin dəfn mərasiminin təşkili üzrə qurumun sözçüsü İman Əttarzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İraq alimlərinin, dini və ictimai xadimlərin, eləcə də ölkə əhalisinin müraciəti əsasında Nəcəf və Kərbəla şəhərlərində vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.
Əttarzadə qeyd edib ki, İranda Seyid Əli Xamenei ilə vida mərasimi rəsmi olaraq iyulun 4-dən başlayacaq.
Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.
Oxşar xəbərlər
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
İranda Əli Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri elan edilib
Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb
Tehranda Həsən Nəsrullah ilə vida mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
