Vaqif Cavadov: "Futbolçular dərk edirdilər ki, "Kəpəz"lə oyunda qələbə qazanmaq çox vacibdir"
sizinxeber.az xəbər saytı

Vaqif Cavadov: "Futbolçular dərk edirdilər ki, "Kəpəz"lə oyunda qələbə qazanmaq çox vacibdir"


Futbolçular dərk edirdilər ki, bu oyunda qələbə qazanmaq çox vacibdir.

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının XXVI turunun "Kəpəz"lə oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, 9 turdan sonra qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

"Şükürlər olsun ki, çətin vəziyyətdən sonra qələbə qazana bildik. Futbolçular da dərk edirdilər ki, bu oyunda qələbə qazanmaq çox vacibdir. Sevindirici haldır ki, gözəl oyunla qalib gəlməyi bacardıq. Azər Bağırovun rəhbərliyi ilə "Kəpəz"də çox yaxşı kollektiv formalaşıb. Onlara gələcək matçlarda uğurlar arzulayıram".

Qeyd edək ki, XXVI turda "Sumqayıt" doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

"Kəpəz"in baş məşqçisi: "Komandanın içərisində problem var"
"Neftçi"nin baş məşqçisi: "Komandamız səfərə qələbə qazanmaq üçün gəldiyini göstərdi"
Samir Abasov: "Böyük hesabla da qələbə qazana bilərdik"
"Abşeron"un baş məşqçisi: "Qələbə qazanmaq istəyimiz yüksək idi və bunu bacardıq"
Estoniya yığmasının futbolçusu: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər