Estoniya yığmasının futbolçusu: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"
sizinxeber.az xəbər saytı

Estoniya yığmasının futbolçusu: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"


Sabahkı görüşdə qələbə qazanmaq istəyirik.

"Report" xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Mattias Kayt Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçından əvvəl mətbuat konfransında deyib.

O, azarkeşlərin də bu oyunda qalibiyyətə ümid etdiyini bildirib:

"Qələbə İsveçlə növbəti görüşdə bizə yaxşı motovasiya verər".

Oyunçu ötən il doğma meydanda millimizə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı xatırlayıb:

"Həmin vaxt o qədər də yaxşı çıxış etməmişdik. Bunu dəyişib bu dəfə üç xal əldə etməliyik".

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Oxşar xəbərlər

"Sabah"ın futbolçusu: Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin Estoniya ilə 11-ci dueli: 10 oyun, 2 qələbə - ARAŞDIRMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Estoniya yığmasının Azərbaycana qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Estoniya - Azərbaycan oyunuöncəsi açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər