Local2030 Koalisiyası: Mənzil böhranının həlli üçün özəl investisiyalar cəlb olunmalıdır
Mənzil siyasətinin uğurla həyata keçirilməsi üçün dövlət resursları ilə yanaşı özəl investisiyaların da səfərbər olunması vacibdir.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada UN-Habitat-ın Local2030 Koalisiyasının direktoru və Katibliyinin rəhbəri Sebastyan Vozel bildirib.
Onun sözlərinə görə, mənzil yalnız ayrıca bir sektor deyil, nəqliyyat, kommunal xidmətlər, iqtisadi inkişaf və digər sahələrlə sıx əlaqəli kompleks sistemdir.
Vozel qeyd edib ki, parlamentlər yerli icmaların ehtiyaclarını milli siyasətə daşımaqla yanaşı, qlobal öhdəliklərin qanunvericiliyə və praktiki fəaliyyət planlarına çevrilməsində mühüm rol oynayır.
O bildirib ki, parlamentlərin büdcə üzərində nəzarət funksiyası mənzil siyasətinin maliyyələşdirilməsi üçün vacibdir. Deputatlar dövlət büdcəsində müvafiq vəsaitin ayrılmasını təmin etməklə yanaşı, özəl sektor investisiyalarının cəlb olunmasına da şərait yarada bilərlər.
UN-Habitat rəsmisinin sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə icrası üçün milli hökumətlər, yerli idarəetmə orqanları və parlamentlər arasında sıx əməkdaşlıq tələb olunur.
Oxşar xəbərlər
UN-Habitat: Mənzil böhranının həlli üçün parlamentlərin rolu həlledicidir
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
UN-Habitatın əməkdaşı: Ölkələr milli mənzil siyasətini müxtəlif yollarla həyata keçirirlər
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
