Zelenski: Rusiyaya qarşı "uzaqmənzilli sanksiyalar" gücləndiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2026
16:30
ff aaaaaaa

Zelenski: Rusiyaya qarşı "uzaqmənzilli sanksiyalar" gücləndiriləcək

16 may, 2026
16:30
978

Zelenski: Rusiyaya qarşı "uzaqmənzilli sanksiyalar" gücləndiriləcək

Ukrayna Rusiya ordusunun hərəkətlərinə cavab olaraq Rusiya ərazisinə uzunmənzilli zərbələri gücləndirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial şəbəkəsində yazıb.

V.Zellenski Ukrayna Silahlı Qüvvələrinin bu cür zərbələrini "uzaqmənzilli sanksiyalar" adlandırıb:

"Bu, rusiyalıların etdiklərinə tamamilə ədalətli cavabımızdır. Bizim uzaqmənzilli sanksiyalarımız təmas xəttindən təxminən 1000 kilometr məsafədə olan Rusiyanın neft sahəsinə aid obyektlərə və gəmilərə zərbə vurub".

Qeyd edək ki, mayın 13-14-də Rusiya hərbçiləri Ukraynaya rekord sayda 1 428 dron buraxıb. Mayın 16-na keçən gecə Rusiya hərbçiləri Ukraynaya təxminən 300 dron buraxıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul