Ceyhun Bayramov: Şəhərlər bir çox sahələrdə əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər
Bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə deyib.
Getdikcə onlar diplomatiyanın, ticarətin, infrastrukturun, texnologiyanın, iqlim fəaliyyətinin və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər.
O bildirib ki, bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil:
"Dayanıqlı inkişafın gələcəyi böyük ölçüdə şəhərlərimizi yalnız fiziki baxımdan deyil, həm də iqtisadi, rəqəmsal, institusional və sosial cəhətdən nə dərəcədə uğurla birləşdirəcəyimizdən asılı olacaq. Təxminən iki il əvvəl, COP29-un ev sahibi kimi Azərbaycan urbanizasiyanı, o cümlədən şəhərləri qlobal iqlim gündəliyinin mərkəzinə yerləşdirdi. Biz qəbul etdik ki, şəhərlər qlobal emissiyalara əhəmiyyətli töhfə versələr də, eyni zamanda innovasiyanın, dayanıqlılığın və iqlim böhranına həll yollarının əsas hərəkətverici qüvvələridir".
Oxşar xəbərlər
Erfan Ali: "Qlobal mənzil böhranı yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər"
Mərakeş rəsmisi: "Təbiətə əsaslanan həllərə ekoloji müdaxilə kimi baxılmamalıdır"
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
Bakının WUF 13-ə ev sahibliyi etməsi Azərbaycanın qlobal nüfuzundan xəbər verir - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
