Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa...
Son vaxtlar krediti kreditlə bağlayan vətəndaşların sayı artmaqdadır. Bu proses vətəndaşın maliyyə vəziyyətini yaxşılaşdırmaq əvəzinə, əksər hallarda borc yükünün daha da artmasına səbəb olur. Belə hallarda əsas sual ortaya çıxır: İtirən kimdir - vətəndaş, yoxsa bank?
Sizinxeber.Az xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, krediti yeni kreditlə bağlayan zaman həmişə itirən kredit götürən şəxs olur:
"Amma son nəticədə bank da itirə bilər. Çünki kreditlə kredit bağlanırsa, bu o deməkdir ki, vətəndaşın sabit gəliri yoxdur. Əgər qısamüddətli problem varsa, əksər hallarda banklar kreditin bağlanması üçün yeni kredit vermirlər. Bu isə şəxsin maliyyə vəziyyətinin çətin olduğunu göstərir və bəzən özünü doğruldur".
Əkrəm Həsənov vurğulayıb ki, krediti kreditlə ödəmək prosesində bəzən bank da zərər görə bilər:
"Bank hesab edir ki, bu problemli kredit deyil. Əslində isə kreditlər ard-arda bağlandıqca, sonda borcalan heç bir öhdəliyini yerinə yetirə bilmir”.
Oxşar xəbərlər
MTK-ların “gizli şərtləri” - Gecikən ödəniş, itirilən mənzil - VİDEO
Planlarını ertələmə, “Yelo Bank”dan kreditlə həyata keçir!
MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
Kredit borcu olanlara XƏBƏRDARLIQ
Azərbaycanda Onlayn Kredit Alma Prosesi: Rəqəmsal Platformalar Kredit Müraciətlərini Necə Dəyişir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
