"Kəpəz"in baş məşqçisi: "Komandanın içərisində problem var"
Komandanın içərisində problem var.
"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının XXVI turunun "Sumqayıt"la oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Bu gün ən zəif oyunumuzu oynadıq. İlk hissədə qol vəziyyətləri yaratsaq da, bu fürsətlərdən istifadə edə bilmədik. İki fərqli hissə izlədik. Qol fürsətlərindən yararlana bilməyəndə komandada ruh düşkünlüyü yaranır. İkinci hissədəki çıxışımızı isə ümumiyyətlə bəyənmədim. Futbolçular verilən tapşırıqları icra edə bilmədilər. Komandanın içərisində problem var. İnşallah, həmin problemi axtarıb tapacağıq. Qarşıdakı turlara köklənəcəyik".
Qeyd edək ki, XXVI turda "Sumqayıt" doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Kəpəz"in baş məşqçisi: "Son 3 turda məğlub olmamağımız sevindirici haldır"
Kurban Berdıyev: "Mövsüm ərzində ən zəif oyunumuzu göstərdik"
"Kəpəz"in baş məşqçisi: "Neftçi" ilə oyunda şans biz tərəfdə deyildi"
Premyer Liqa: "Sumqayıt" "Kəpəz"ə qalib gəlib
"Kəpəz"in baş məşqçisi: Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
