"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2026
01:30
0
0
1 226
ff aaaaaaa

"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib

22 may, 2026
01:30
1 226

"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib

Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud Donanması"nın üzvləri Türkiyəyə gətirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə 41 ölkədən 422 nəfər "Türk Hava Yolları" (THY) tərəfindən təşkil olunan xüsusi reyslə Türkiyəyə gətirilib. ONlardan 85-i Türkiyə vətəndaşı olub.

Onları hava limanında XİN başçısının müavini Ali Özel qarşılayıb.

"Ali Özel hər zaman və hər yerdə vətndaşlarımızın yanında olmağa qətiyyətlə davam edəcəyimizi vurğulayıb", - məlumatda qeyd olunub.

Daha əvvəl İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında "Qlobal Sumud Donanması"nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilib.

Bundan sonra mayın 14-də Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb. İsrail bu donanmaya da müdaxilə edərək iştirakçıları saxlayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul