UN-Habitat şəhərsalma ilə bağlı tövsiyələrini 6 tematik sahə üzrə qruplaşdırıb
sizinxeber.az xəbər saytı

UN-Habitat şəhərsalma ilə bağlı tövsiyələrini 6 tematik sahə üzrə qruplaşdırıb


BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) şəhərsalma ilə bağlı tövsiyələrini 6 tematik sahə üzrə qruplaşdırıb.

"Report" xəbər verir ki, bunu UN-Habitat-ın Torpaq, Mənzil və Sığınacaq Bölməsinin rəhbəri və mənzil təminatı üzrə aparıcı mütəxəssisi Ombretta Tempra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də bildirib.

Onun sözlərinə görə, bu tövsiyyələr ekoloji cəhətdən dayanıqlı və dözümlü mənzil sistemləri üçün əsas hərəkətverici amillərə toxunur, onlar aşağıdakılardır:

- ​Hüquqlara əsaslanan yanaşmanın ekoloji siyasətə və mənzil strategiyalarına inteqrasiya edilməsi; bu, adekvat mənzil hüququnun, eləcə də təmiz, sağlam və dayanıqlı ətraf mühit hüququnun bir-birini tamamlayan və gücləndirən şəkildə irəlilədilməsini təmin etmək üçündür. Dayanıqlılığı tətbiq edərkən belə, hüquqlara əsaslanan yanaşma nümayiş etdirməyimiz çox vacibdir.

- İnstitusional potensialı artırmaq, koordinasiyanı təşviq etmək, birgə qərar qəbuletməni daxil etmək, icra mexanizmlərini, monitorinqi və hesabatlılığı təkmilləşdirmək yolu ilə dayanıqlı mənzil sistemləri üçün idarəetmə çərçivəsini gücləndirmək.

- Dayanıqlı, dözümlü və ədalətli mənzil sistemlərini genişləndirmək üçün müxtəlif maliyyələşmə mənbələrini səfərbər etmək və uyğunlaşdırmaq. Maliyyələşmə ilə genişlənmə imkanlarının uzlaşdırılmasında ən böyük boşluq məhz mənzil dayanıqlılığı kontekstində meydana çıxır. Təşviq edilən həllər daha çox Qərbdə inkişaf etdirilmiş, fərqli bir hədəf qrupu və ya mənzil təminatı üzərində iş üsulu üçün nəzərdə tutulmuş yüksək bazar yönümlü həllərdir və bütün regional kontekstlərə real olaraq uyğun gəlmir.

-​ Xüsusilə inkişaf etməkdə olan ölkələrdə dayanıqlı mənzil təminatı üçün bilik ekosistemlərini gücləndirmək.

- Ekoloji cəhətdən dayanıqlı və dözümlü mənzil şəraitinə keçidi dəstəkləmək üçün sosial maarifləndirmə və davranış transformasiyasını irəli aparmaq.

- İnteqrasiya olunmuş və dayanıqlı regional inkişaf strategiyaları vasitəsilə sürətli və əlaqələndirilməmiş şəhər genişlənməsindən irəli gələn ekoloji və mənzil təzyiqlərini azaltmaq.

"Bunlar təklif etdiyimiz mənzil həllərinin şəhər morfologiyasını, ərazi inkişafı aspektlərini real şəkildə əhatə edir. Beləliklə, biz polisentrik (çoxmərkəzli) böyüməni təşviq edir, regionlar arasındakı bərabərsizlikləri azaldır və şəhər-kənd əlaqələrini gücləndiririk", - deyə qonaq qeyd edib.

Oxşar xəbərlər

UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir
Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"
UN-Habitat rəsmisi: "Yaşıl sahələr və alternativ enerji sistemləri yaşayış keyfiyyətini artırır"
UN-Habitat: Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər
Ombretta Tempra: "Bina enerji kodlarının tətbiqi dekarbonizasiyanı sürətləndirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər