WUF13-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdimat və proqramları maraqla qarşılanıb
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 5-ci günündə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdimat və proqramları maraqla qarşılanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Azərbaycan pavilyonunda Nazirlik və Mərkəzin əməkdaşları “İnklüziv cəmiyyətin qurulması: hüquqlar və imkanlar” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat tədbirində iştirak edən “PEP Africa” beynəlxalq təşkilatının rəhbəri Melvine Vajiri Mərkəzin həssas qruplardan olan benefisiarları ilə görüşüb. O, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətini inklüziv cəmiyyət modelinin inkişafı və sosial bərabərliyin təşviqi sahəsində unikal təşəbbüs kimi qiymətləndirib.
“Urban Ekspo” sərgi sahəsində həyata keçirilən xüsusi proqramlar çərçivəsində isə Mərkəzin kapoeyra istiqaməti üzrə təlimçi və benefisiarları Azərbaycan Kapoeyra Federasiyasının üzvləri ilə birgə maraqlı kapoeyra şousu təqdim ediblər. Mərkəzin yaradıcı heyətinin iştirakı ilə təqdim olunan konsert proqramı və keramika istiqaməti üzrə master-klas ziyarətçiləri Azərbaycan incəsənətinin ən yaxşı nümunələri ilə tanış edib.
İnklüziv yaradıcılıq mühiti və həssas qruplardan olan şəxslərin sosial adaptasiyasına dəstək məqsədilə təşkil edilən proqramlar forumun əcnəbi qonaqları tərəfindən də rəğbətlə qarşılanıb.
Mərkəzdə “Könüllü DOST” proqramının “İnklüziv DOST” altproqramı üzrə fəaliyyətə cəlb olunan gənclərə WUF13 çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Mərkəzin “İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan” mövzusunda tərtib edilmiş pavilyonu sabah da “Urban Expo” sərgi iştirakçılarının ixtiyarında olacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO
Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
WUF13-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən danışılıb
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor təyin edilib
Azərbaycanda çəkilən ilk cizgi serialının təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
