Pərviz Şahbazov: "Gələcəyin şəhərləri enerji səmərəliliyi üzərində qurulacaq"
Enerji səmərəliliyi sahəsində konkret və ölçülə bilən nəticələrin əldə edilməsi gələcək şəhərlərin əsas xüsusiyyətlərindən birinə çevriləcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda təşkil olunan tədbirdə deyib.
Nazirin sözlərinə görə, gələcəyin şəhərləri daha az enerji istehlak edərək daha yüksək dəyər yaradacaq, bu prosesdə isə enerji səmərəliliyi və "yaşıl" texnologiyalar həlledici rol oynayacaq.
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesi bu yanaşmanın aydın təzahürüdür. Biz həmin torpaqlarda yalnız infrastrukturu yenidən qurmur, gələcəyin şəhərlərini formalaşdırırıq. Bu ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji zona"ları, enerji səmərəli infrastruktur və rəqəmsal idarəetmə sistemləri vahid konsepsiya çərçivəsində tətbiq edilir".
Nazir Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji zonası" elan etməsinin, həmçinin 2050-ci ilədək "xalis sıfır emissiya" hədəfinin Azərbaycanın strateji baxışını əks etdirdiyini vurğulayıb.
"Hazırda bu ərazilərdə ümumi gücü 307 meqavat təşkil edən 38 su elektrik stansiyası fəaliyyət göstərir. Paralel olaraq, ümumi gücü 340 meqavat olan günəş elektrik stansiyalarının inşası davam etdirilir. Bundan başqa, gücü 7 min kilovat olan damüstü günəş panelləri artıq quraşdırılıb və 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə dair qiymətləndirmə işləri aparılır. 2030-cu ilədək 1 650 meqavat həcmində bərpa olunan enerji gücünün istismara verilməsi nəticəsində istixana qazı emissiyalarının ildə təqribən 2 milyon ton azalması proqnozlaşdırılır", - P. Şahbazov bildirib.
Oxşar xəbərlər
Pərviz Şahbazov: "Azərbaycan "yaşıl enerji" təşəbbüsləri ilə yeni regional əməkdaşlıq arxitekturası formalaşdırır"
Pərviz Şahbazov: “Azərbaycan enerji keçidini bərpa olunan enerji və səmərəlilik vasitəsilə reallaşdırır”
Serbiya ilə Azərbaycan enerji səmərəliliyi sahəsində əməkdaşlığı müzakirə edib
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Araz Məmmədzadə: "Qarabağ və Şərqi Zəngəzur gələcəyin enerji modeli üçün "canlı laboratoriya"ya çevrilir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
