Bakıda gənc futbolçular üçün yeni təlim-hazırlıq mərkəzi yaradılacaq
sizinxeber.az xəbər saytı

Bakıda gənc futbolçular üçün yeni təlim-hazırlıq mərkəzi yaradılacaq


Bakıda futbol üzrə aşağı yaş qruplarından ibarət milli komandalar üçün Futbolun İnkişafı Mərkəzi qismində yeni təlim-hazırlıq mərkəzi yaradılacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu, milli assosiasiyanın açıqladığı layihədə əksini tapıb.

Bura gənclər futbolunun inkişafı üçün əsas mərkəz olacaq.

AFFA-nın regional bölgüsünə uyğun olaraq 8 regional mərkəz yaratmaq, əsasən mövcud infrastrukturdan istifadə edərək meydanlar, idman zalları və digər vacib infrastruktur obyektlərini təmin etmək qarşıya məqsəd kimi qoyulub.

Qapalı meydan və müasir reabilitasiya mərkəzinin (məsələn, krioterapiya) olmaması problemini həll etmək üçün "Dalğa Arena"dakı mövcud infrastruktur əsas milli komanda və U-21-in heyəti üçün təkmilləşdiriləcək.

Bakıda təlim-məşq infrastrukturu olmayan 10 peşəkar klub üçün və Bakıya səfər edən digər bölgə klubları tərəfindən istifadə edilə biləcək təlim-məşq mərkəzinin inşası təmin ediləcək.

Bundan əlavə, Premyer Liqada təlim-məşq meydanları olmayan 4 klub üçün təlim-məşq infrastrukturunun tikintisi dəstəklənəcək.

Oxşar xəbərlər

AFFA inkişaf strategiyasının əsas hədəflərini açıqlayıb
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
Rəşad Rəsullu: Özbəkistan Cüdo Federasiyası ilə daha konkret addımlar üçün danışıqlar aparılacaq
Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər
Azərbaycanın çimərlik voleybolçuları təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle