Rəşad Rəsullu: Özbəkistan Cüdo Federasiyası ilə daha konkret addımlar üçün danışıqlar aparılacaq
Bizim məşqçilərin Özbəkistanda təlim keçməsi hələlik gündəmdə deyil, amma yaxın zamanda oradan nümayəndə heyətinin gəlməsi və hər iki cüdo federasiyasının strateji inkişaf planı ilə bağlı qarşılıqlı təqdimatlar edilməsi gözlənilir. Eyni zamanda daha konkret addımlar atılması, tədbirlərin həyata keçirilməsi üçün müvafiq müzakirələr aparılacaq.
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilovla Bakıda görüşü barədə danışarkən deyib.
O, müzakirə mövzusu olan məsələləri açıqlayıb:
"Özbəkistan Cüdo Federasiyasının rəhbərinin səfərinin əsas məqsədi milli komandalar üçün təlim-məşq mərkəzi ilə tanış olmaq idi. Ona ötən il istifadəyə verilmiş təlim-məşq mərkəzi barədə ətraflı məlumat verildi. Daha sonra hər iki ölkənin cüdo federasiyaları arasında qarşılıqlı əməkdaşlıq imkanları, yəni qarşılıqlı təlim-məşq toplanşılarının təşkili, idman tibbi sahəsində əməkdaşlıq, hər iki ölkədə keçirilən beynəlxalq yarışlarda iştirak kimi məsələlər müzakirə olundu. Həmçinin Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsil alacaq Özbəkistan məşqçilərinin seminarlara qatılmaq və imtahan vermələri üçün regional mərkəz statusu almış Azərbaycan Cüdo Federasiyasında iştirak məsələləri müzakirə olundu".
Oxşar xəbərlər
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb
Azərbaycan Cüdo Federasiyasının prezidenti milli komandaların üzvləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
