BVF cari il üçün Avrozonanın ÜDM artımı proqnozunu pisləşdirib
Beynəlxalq Valyuta Fondu (BVF) Avrozonanın cari il üçün iqtisadi artım proqnozu təkrar nəzərdən keçirərək azaldıb, inflyasiya qiymətləndirməsini isə yüksəldib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə maliyyə təşkilatının saytında dərc olunmuş bəyanatda deyilir.
Düzəlişə səbəb Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji resurslarının tədarükündəki uzun çəkən fasilələr olub.
Bəyanata əsasən, cari ilin yekunlarına görə Avrozonanın ÜDM artımı 0,9 % səviyyəsində proqnozlaşdırılır, halbuki aprel qiymətləndirməsi 1,1 % artım nəzərdə tuturdu. İstehlak qiymətlərinin artımı üzrə proqnoz yenidən baxılaraq 2,6 %-dən 2,8 %-ə qaldırılıb.
"Avrozonanın iqtisadiyyatı Yaxın Şərqdəki hərbi münaqişə və bununla müşayiət olunan enerji daşıyıcılarının bahalaşmasından irəli gələn yeni çağırışlarla üz-üzə qalır, - sənəddə qeyd olunub. - Bu amillər Avropa regionunun köhnə struktur problemlərini - demoqrafik qocalmanı və əmək məhsuldarlığı artımının xroniki olaraq aşağı templərini daha da ağırlaşdırır".
Fondun analitikləri həmçinin xəbərdarlıq ediblər ki, daha uzunmüddətli enerji şoku halında inflyasiya təzyiqi və inflyasiya gözləntiləri əhəmiyyətli dərəcədə güclənə bilər.
Oxşar xəbərlər
Dünya Bankı Yaxın Şərqdəki eskalasiya səbəbindən iqtisadiyyatın artım proqnozunu azaldıb
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
ING Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
