Səfir: Almaniya Aİ-nin Azərbaycanla münasibətlərinin daha da dərinləşməsinin tərəfdarıdır
Almaniya Avropa üçün rolu artmaqda olan Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinin tərəfdarıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann azərbaycanlı jurnalistlərə diplomatik missiyasının başa çatması ilə bağlı keçirilən görüşdə bildirib.
"Almaniya, Aİ-nin ən böyük iqtisadiyyatı və Avropaya inteqrasiyanın ən fəal tərəfdarlarından biri kimi həmişə Aİ və Azərbaycan arasında möhkəm münasibətlərin inkişafının tərəfdarı olub", - o deyib.
Onun sözlərinə görə, son 12 ayda Bakı və Brüssel arasında münasibətlər davamlı müsbət dinamika nümayiş etdirib.
Səfir xatırladıb ki, mart ayında Aİ Şurasının Prezidenti Antonio Koşta, həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanda səfərdə olublar.
Bundan əlavə, ötən ilin sonlarında tərəflər maliyyə sazişi imzalayıblar və hazırda yeni əməkdaşlıq sazişi üzrə danışıqları davam etdirirlər.
"Bütün bunlar Aİ və Azərbaycan arasındakı münasibətlərdə çoxlu sayda müsbət proseslərin getdiyindən xəbər verir. Bu hadisələr həmçinin Aİ-nin son illərdə nəzərəçarpacaq dərəcədə artmış regiona və Azərbaycana artan marağını vurğulayır. Bu, Azərbaycan enerji resurslarının təchizatçısı olduğu üçün həm enerji təhlükəsizliyi məsələləri, həm də onun Asiya və Avropa arasında nəqliyyat qovşağı rolu ilə bağlıdır", - o qeyd edib.
Səfir qeyd edib ki, Aİ regionda infrastruktur layihələrinin həyata keçirilməsində, o cümlədən Orta Dəhlizin mühüm elementi kimi nəzərdən keçirilən Naxçıvanda dəmir yolu xəttinin modernləşdirilməsində fəal iştirak edir.
"Almaniya üçün bu müsbət dinamikanın qorunub saxlanılması, Aİ ilə Azərbaycan arasında münasibətlərin genişlənməyə və dərinləşməyə davam etməsi çox vacibdir, çünki bu region Avropa üçün getdikcə daha mühüm rol oynayır", - səfir əlavə edib.
Oxşar xəbərlər
Almaniya səfiri: Azərbaycanla münasibətlər praqmatik və sabit olaraq qalır
Ralf Horlemann: Bakı və İrəvan arasında sülh prosesi regiondakı ən mühüm hadisədir
Səfir Horlemann: Almaniya COP29-un uğurla keçirilməsində maraqlıdır
Səfir: "Energetika Bakı və Berlin arasında əməkdaşlığın əsas istiqamətidir"
Kaya Kallas Ermənistan prezidenti ilə Bakı ilə İrəvan arasında normallaşmanı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb
