IsDB Qrupunun sədri ölkələri Azərbaycandan nümunə götürməyə çağırıb
sizinxeber.az xəbər saytı

IsDB Qrupunun sədri ölkələri Azərbaycandan nümunə götürməyə çağırıb


Azərbaycan fəal modernləşmə kursunu izləməyə qəti şəkildə hazır olduğunu nümayiş etdirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir Bakıda keçirilən IsDB Qrupunun illik toplantıları çərçivəsində bildirib.

"Daxili və xarici inkişafa yönəlmiş dayanıqlı inteqrasiya modelinə keçid arxitekturası artıq formalaşıb. Biz öz gücümüzə və imkanlarımıza etimadı bərpa etməliyik. Mövcud arsenaldan ən yaxşı alətləri təklif etməliyik ki, hər kəsin onlardan istifadə etmək imkanı olsun.

Bundan əlavə, biz özümüzə inanmalıyıq. İrimiqyaslı layihələrə qoşulmaqdan çəkinmək lazım deyil. Hesab edirəm ki, Azərbaycan məhz bu yolla irəliləmək qətiyyətində olduğunu artıq təsdiqləyib. Ümid edirəm ki, digər ölkələr də bu nümunənin ardınca gedəcəklər", - M. Əl-Casir vurğulayıb.

Oxşar xəbərlər

Məhəmməd Əl-Casir: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
Məhəmməd Əl-Casir DÇ-nin 1/4 finalına yüksələcək IsDB-yə üzv ölkənin komandasının formasını geyinəcəyini vəd edib
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək
İslam İnkişaf Bankının rəhbəri Azərbaycanı sürətli transformasiya nümunəsi adlandırıb
Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər