Azərbaycanın çimərlik voleybolçuları təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycanın çimərlik voleybolçuları təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar


Azərbaycanın çimərlik voleybolçularından ibarət millisi təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Alanya şəhərinə yollanıb.

"Sizinxeber.az" xəbər verir ki, yığmamız qardaş ölkədə Almaniya, Avstriya və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, noyabrın 22-dək davam edəcək hazırlıq prosesinə altı qız, altı oğlan voleybolçu cəlb olunub. Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar isə komandaya yeni cəlb olunan latviyalı Atvars Vildenin rəhbərliyi altında hazırlıq keçəcəklər.

Oxşar xəbərlər

"Sabah" basketbol komandası təlim-məşq toplanışı üçün Litvaya yollanıb
Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər
Azərbaycan millisi Belarusda təlim-məşq toplanışı keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər