İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
sizinxeber.az xəbər saytı

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç səfiri Tobias Lorentzsonu ölkədəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə İsveç arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib. O, səfir Tobias Lorentzsonun fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, post-münaqişə dövründə bölgədə bərpa və yenidənqurma işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir ölkədə fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Oxşar xəbərlər

İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb
Ceyhun Bayramov Sudanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Niderland səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər