Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri mayda 21 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri mayda 21 %-dən çox artıb


Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 628,1 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.

Təkcə mayda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 356,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,2 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.

Oxşar xəbərlər

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 9 %-dən çox artıb
Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 6%-dən çox artıb
Naxçıvanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3 %-ə yaxın artıb
Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 37 %-ə yaxın artıb
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 2 dəfə artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər