Azərbaycan Bolqarıstana spirtli içki ixracını genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı yerli məhsulların xarici bazarlara maneəsiz çıxışını təmin etmək məqsədilə növbəti sərbəst satış sertifikatlarını təqdim edib.
"Sizinxeber.az" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, sertifikatlar Azərbaycanda istehsal olunan və artıq Bolqarıstan bazarında sabit müştəri qazanmış spirtli içkilərin bu ölkəyə ixracının fasiləsiz davam etdirilməsi üçün nəzərdə tutulub. Məhsulların eyni tərəfdaşlar tərəfindən yenidən sifariş edilməsi və sertifikatların yenilənməsi Azərbaycan məhsullarının keyfiyyətinə olan beynəlxalq inamın və Avropa bazarında davamlı tələbatın əsas göstəricilərindən biridir.
Sərbəst satış sertifikatı ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından hazırkı dövrə kimi 771 addda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi "Made in Azerbaijan" məhsullarının Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını əhəmiyyətli dərəcədə asanlaşdırır.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Naxçıvandan Efiopiyaya qənnadı məhsulları ixrac ediləcək
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
“Azexport” profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatı verib
Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq
“Azexport” Azərbaycan mallarını Şri-Lanka və Hindistana ixrac edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
